hia.az
hia.az

Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA

219 dəfə baxılıb 25-05-2022, 12:14

Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA


"Rüsum ləğv edilməyib. Xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb.

"Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

Bununla bağlı çox yazılıb. Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi