hia.az
hia.az

Naxçıvanda şagirdlərin yeni formaları belə olacaq

202 dəfə baxılıb 5-05-2022, 17:44

Naxçıvanda şagirdlərin yeni formaları belə olacaq


Naxçıvanda dövlət məktəblərində təhsil alan uşaqların yeni geyim formaları Azərbaycandakı digər məktəbli geyim formalarından fərqlənəcək.

Bununla bağlı Naxçıvan MR Nazirlər Kabineti qərar verib. Belə ki, Naxçıvanda təhsil alan uşaqların yeni geyim formaları ilə bağlı qərar ötən ay təsdiq edilib.

Həmin formaların etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq. Liseylərin geyim formasının üzərində isə məktəbin emblemi əks olunacaq.

Qızlar üçün yay forması önü düyməli uzunqol köynək, ətək və qalstuk, oğlanlar üçün yay forması önü düyməli uzunqol köynək, şalvar və qalstuk olacaq. Qızlar üçün qış forması önü düyməli uzunqol köynək, ətək, önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk, oğlanlar üçün qış forması önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi