hia.az
hia.az

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılır

205 dəfə baxılıb 5-05-2022, 16:12

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılır


Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.

Bu, yeni qəbul olunan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.

Reyestr Azərbaycanın informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi