hia.az
hia.az

Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? - DOSYE

260 dəfə baxılıb 4-05-2022, 18:44

Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? - DOSYE


Xəbər verdiyimiz kimi, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

"Unikal"ın məlumatına görə, o bundan əvvəl Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən birinin rəhbəri olub. Vahid Hacıyev 2020-ci ildə “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri vəzifəsinə təyin olunub.

V.Hacıyev 13 il neft şirkəti “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Bundan əlavə Vahid Hacıyev 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2003-2005-ci illərdə isə həmin fakültənin magistr pilləsi üzrə təhsil alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi