hia.az

Rus əsilli amerikalı Ukraynaya görə oğlunu öldürdü

316 dəfə baxılıb 7-04-2022, 13:42

Rus əsilli amerikalı Ukraynaya görə oğlunu öldürdü

Rus əsilli amerikalı qadın Ukraynada baş verənlərə görə psixi gərginliyə tab gətirə bilməyib oğlunu boğub.

Bu barədə “NBC Nyus” məlumat yayıb.

Məlumata görə, Viskonsin sakini, 41 yaşlı Nataliya Aleksandrovna Hiçkok birinci dərəcəli qətl cəhdində ittiham olunur. Məhkəmə materiallarında Hiçkok martın 30-da səkkiz yaşlı oğlunu boğduğunu, 11 yaşlı oğlunun başını vanna otağında suyun altında tutduğunu və özünü sinəsindən bıçaqladığını etiraf edib.

O bildirib ki, son beş gün ərzində fikrini cəmləyə bilmirdi və hiss edirdi ki, uşaqları onun əlindən alınacaq:

“İnsanlar mənə qəribə baxırdılar... sanki rus casusuyam”.

Adının açıqlanmasını istəməyən şahid qadının Ukraynadakı hadisələri televizordan izlədiyini, Rusiyadakı valideynlərinin yanına uça bilmədiyi üçün əsəbiləşdiyini, içki içməyə başladığını, silah, düşərgə sobası, yemək və yanacaq almağa çalışdığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi