hia.az
hia.az

MN-dən əsgərin yaydığı fikirlərə münasibət

222 dəfə baxılıb 30-03-2022, 17:53

MN-dən əsgərin yaydığı fikirlərə münasibət


Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib.

Nazirliyin açıqlamasını təqdim edirik:

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi