hia.az
hia.az

Bu avtomobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər - RƏSMİ

219 dəfə baxılıb 29-03-2022, 16:52

Bu avtomobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər - RƏSMİ


Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün müvafiq sənədləri hökumətə təqdim edib.

Bunu DGK-nin nümayəndəsi Tariyel Alverdiyev "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

"Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib", - T.Alverdiyev deyib.

Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil idxal edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi