hia.az

Rusiya-Ukrayna danışıqları başladı - CANLI

312 dəfə baxılıb 29-03-2022, 14:32

Rusiya-Ukrayna danışıqları başladı - CANLI


Ukrayna və Rusiyanın nümayəndə heyətləri İstanbulda görüşüb.

"Haber Global"a xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna nümayəndə heyətləri ilə Dolmabahçe sarayında keçirilən danışıqlar görüşündə iştirak edib.

"Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən çəkinməmişik və qaçmırıq. Tezliklə atəşkəsə nail olmaq hər kəsin marağındadır. Düşünürük ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə qədəm qoyduq", - Türkiyə lideri bildirib.

xxx

10:50

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün İstanbulun Dolmabağça Sarayına gəlib.

TASS-a xəbər verir ki, Türkiyənin vasitəçiliyi ilə ilə baş tutacaq Rusiya-Ukrayna danışıqlarında minimum proqrama humanitar məsələlər, maksimum proqrama atəşkəs daxildir.

Ukrayna XİN başçısı Dmitri Kuleba vurğulayıb ki, Kiyev "ərazilərdən, xalqdan və suverenlikdən imtina etməyə" hazır deyil.

Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində bildirib ki, danışıqların mövzusu məhbusların mübadiləsi deyil.

Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu artıq görüşlərin keçiriləcəyi əraziyə gəlib.

Görüşün dinc şəraitdə keçirilməsi üçün İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.

Rusiyanın nümayəndə heyəti isə Türkiyəyə dünən gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi