hia.az

Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı

254 dəfə baxılıb 19-03-2022, 13:08

Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı


Azərbaycanda yüksək vəzifəli hərbçiyə cinayət işi başlanılıb.

Parlamentinsesi.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məlumata görə, F.Hüseynov Vətən Müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıbmış.

Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi