hia.az
hia.az

Türkiyənin bəzi kanalları Azərbaycan peyki üzərindən yayımlanacaq

310 dəfə baxılıb 17-03-2022, 15:18

Türkiyənin bəzi kanalları Azərbaycan peyki üzərindən yayımlanacaq

“Azerspace-1” peyki üzərindən Türkiyənin bir neçə televiziya kanalı yayıma başlayıb.

Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) verilən məlumata görə, bu ilin mart ayından etibarən Türkiyənin “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

“TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500;

“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi