hia.az

Ramiz Mehdiyev AMEA-nı tərk etdi - (YENİLƏNİB)

271 dəfə baxılıb 16-03-2022, 17:46

Ramiz Mehdiyev AMEA-nı tərk etdi - (YENİLƏNİB)


Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev artıq akademiyanı tərk edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, onun AMEA-nı tərk etməsini lentə almaq istəyən şəxslərə mane olunub.

***

14:19

AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun köməkçisi Nuray Nuruzadə "Unikal"a açıqlamasında bildirib ki, A.Həşimov hazırda iclasdadır:

"Arif müəllim saat 3-də digər bir iclasa da qatılacaq".

***

14:13

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.

Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi