hia.az

Ukrayna hərbçiləri Derqaçini azad etdilər

305 dəfə baxılıb 10-03-2022, 10:42

Ukrayna hərbçiləri Derqaçini azad etdilər


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir.

Parlamentinsesi.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onları həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov qeyd edib.

Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Ukrayna ordusu heç bir itki verməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi