hia.az
hia.az

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

216 dəfə baxılıb 8-03-2022, 15:23

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 8-nə olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib.

Parlamentinsesi.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti özünün yutub kanalında məlumat yayıb.

Bu müddət ərzində Rusiya Federasiyası həmçinin 303 tank, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 56 reaktiv yaylım atəş sistemi, 27 hava hücumundan müdafiə sistemi, 48 təyyarə, 80 helikopter, 474 nəqliyyat vasitəsi, 3 gəmi, 60 yanacaq sisterni və 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir”, - məlumatda deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi