hia.az
hia.az

Məktəblərdə “8 Mart”la bağlı pul yığılmasına görə valideynlərə çağırış edildi

250 dəfə baxılıb 4-03-2022, 15:18

Məktəblərdə “8 Mart”la bağlı pul yığılmasına görə valideynlərə çağırış edildi

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.

Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir: "Belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi