hia.az
hia.az

Qida məhsulları üçün təhlükəli hallar müəyyənləşir

242 dəfə baxılıb 28-02-2022, 15:07

Qida məhsulları üçün təhlükəli hallar müəyyənləşir

Azərbaycanda qida məhsulları üçün təhlükəli hallar müəyyənləşir.

Bu, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.

Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

Qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;

Qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;

Qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi