hia.az
hia.az

Sabiq icra başçısının cinayət işinə xitam verildi, müavininin cəzası azaldıldı

352 dəfə baxılıb 23-02-2022, 13:59

Sabiq icra başçısının cinayət işinə xitam verildi, müavininin cəzası azaldıldı


Ağstafa Rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hüquqi varis kimi sabiq icra başçısının qardaşı Cəlaləddin Quliyev iştirak edib.

Məhkəmədə qərar qəbul edilib.

Qərara əsasən, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Həmçinin Ağstafa Rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə də baxılıb. Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Tatarova verilmiş Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib.
Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi