hia.az

Fuad Muradov Abdullah Erenlə görüşdü

240 dəfə baxılıb 9-02-2022, 15:30

Fuad Muradov Abdullah Erenlə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri (DİDK) Fuad Muradov Bakıda səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Erenlə görüşüb.

F.Muradov diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib, iki qardaş ölkənin diasporlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.

DİDK ilə YTB arasında əməkdaşlıq, ortaq layihələr və birgə fəaliyyətin perspektivləri geniş müzakirə olunub.

A.Eren birgə layihələrin həyata keçirilməsi, şəhid övladlarının xaricdə təhsilinə maddi dəstəyin göstərilməsi və digər vacib məqamlara diqqət çəkib.

Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət istiqamətləri, türk dövlətləri diasporlarının birgə forumlarının keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

YTB-nin xaricdə yaşayan azərbaycanlı gənclərin Türkiyədə təhsilə cəlb olunması və onların təhsil haqlarının ödənilməsini öz üzərinə götürə biləcəyi də nəzərə çatdırılıb.
Fuad Muradov Abdullah Erenlə görüşdü


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi