hia.az
hia.az

Azərbaycan və Türkiyə vətəndaşları icbari tibbi sığortadan istifadə edə biləcək

241 dəfə baxılıb 8-02-2022, 13:28

Azərbaycan və Türkiyə vətəndaşları icbari tibbi sığortadan istifadə edə biləcək

Gələcəkdə Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

Agentlik sədri bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq edilir:

"Qazilərimizə yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir. Pandemiya dövründə Azərbaycan ilə Türkiyə arasında çox səmərəli əməkdaşlıq oldu. Azərbaycanın vaksinləri əldə etməsində Türkiyənin böyük rolu olub. Türkiyə istehsalı olan vaksinin 3-cü faza sınaq mərhələsinin də Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar olub".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi