hia.az
hia.az

Eldar Həsənova HÖKM OXUNDU

245 dəfə baxılıb 21-01-2022, 19:09

Eldar Həsənova HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri - Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin prokurorları Anar Nəsibov və Zəfər Ramazanov müdafiə edib. İttiham tərəfi Eldar Həsənova 11 il həbs cəzası tələb edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi