hia.az

İran bu təşkilata qayıtdı

329 dəfə baxılıb 17-01-2022, 18:33

İran bu təşkilata qayıtdı

İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatına qayıdıb.

Parlamentinses.az xəbər verir ki, 3 iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən ofisində fəaliyyətini bərpa edib.

Səudiyyə Ərəbistanı iranlı diplomatlara viza verib və onlar Ciddə şəhərinə yola düşüblər.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisində "Ənsar Allah" hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlayıb. İran isə Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qələmə verib. Ər-Riyad öz növbəsində Tehranı husiləri dəstəkləməkdə ittiham edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi