hia.az
hia.az

Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə hüququ var

299 dəfə baxılıb 7-01-2022, 10:32

Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə hüququ var

"Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var".

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.

Zas deyib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir.

Bundan əvvəl baş katib vurğulayıb ki, Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər.

Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi