hia.az
hia.az

“Mən Komitəyə rəhbər olandan bəri rüsum və vergilər artırılmayıb” - Səfər Mehdiyev

253 dəfə baxılıb 10-12-2021, 15:22

“Mən Komitəyə rəhbər olandan bəri rüsum və vergilər artırılmayıb” - Səfər Mehdiyev

“Mənim Komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Virtualaz.org-a müsahibəsində deyib.

S. Mehdiyev komitənin sərt gömrük yığımı siyasətinin aparılması ilə bağlı iddiaları əsassız hesab edib: “Statistikanı qaldırıb baxın. Bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub. Siyasətin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı deyiləm. Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların sərtləşdirilməsi siyasətini şərtləndirir. Biz azad rəqabət prinsipini bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq. Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur. Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub. Biz inhisarçılara “Yox” deyirik! Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik.

Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram. Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi