hia.az
hia.az

İranın hərbi gəmiləri Azərbaycana gəlib

556 dəfə baxılıb 19-10-2016, 17:17

İranın hərbi gəmiləri Azərbaycana gəlibİran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib.

parlamentinsesi.az xəbər verir ki, APA-nın məlumatına görə, “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bagırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.

“Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.

Səfər zamanı futbol yarışı da təşkil olunacaq.

Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir”, - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi