hia.az

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

5 dəfə baxılıb Bu gün, 13:40

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb.

Bu barədə şəhərin meri Xaume Kolboni "Cadena SER" radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: "Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır".

Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro məbləğində qiymətləndirib.

Bundan əlavə, iğtişaşlarla əlaqədar 14 polis əməkdaşı xəsarət alıb, onlardan 4-nun vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürənlərə 33 çağırış daxil olub, ticarət obyektlərinə qarşı isə 23 vandalizm hadisəsi qeydə alınıb. Bundan başqa, polis 68 halda bıçaq, qaz balonu, fişəng, balaklava və digər əşyalar götürüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi