hia.az

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

4 dəfə baxılıb Bu gün, 14:40

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") fəaliyyəti ilə tanış olub.

Agentliyin sədri Ülvi Mehdiyev qonağı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırıb.

Qonağa "ASAN xidmət" modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

İ.O.Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında "ASAN xidmət" modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İƏT-ə üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.

Qonaq həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi