hia.az

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

3 dəfə baxılıb Bu gün, 08:48

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər.

Bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.

Ali futbol qurumunun rəhbəri Misli Premyer Liqasının IX turunda keçirilmiş matçı stadiondan izlədiyini bildirib:

"Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam. Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm".

Xatırladaq ki, ötən gün Mərdəkandakı "Sabah Arena"da baş tutan "Sabah" - "Qarabağ" oyunu qolsuz başa çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi