hia.az

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

2 dəfə baxılıb Bu gün, 16:36

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

"Rusiya Dəmir Yolları" ASC Azərbaycan və Türkiyədən Rusiyaya meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru yolu marşrutu vasitəsilə çatdırılması imkanını nəzərdən keçirir.

Bu barədə "Rusiya Dəmir Yolları"nın baş direktorunun birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən Verona Avrasiya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Rusiyanı Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirən "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi inkişaf etdirilir: Dəhlizin uzunluğu 7 min kilometri aşır - Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır.

"Bu il artımın əsas hərəkətverici qüvvələri Azərbaycan və İrandan keçən transxəzər və qərb marşrutları olub ki, həmin istiqamətlərdə daşınma həcmləri müvafiq olaraq 19 və 24 % artıb. Belarus və Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə töhfə verib. Rusiya riteylerləri üçün meyvə-tərəvəz məhsullarının Türkiyə və Azərbaycandan Gürcüstan üzərindən tranzitlə quru yolu marşrutu ilə çatdırılması variantları üzərində işlənilir", - V.Mixaylov bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi