hia.az

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

3 dəfə baxılıb Bu gün, 17:22

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya və Ukrayna arasında Oleşki səhərində lokal atəşkəs elan ediləcək.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, atəşkəsin ərsəyə gəlməsi ABŞ-ın birinci xanımı Melaniya Trampın sayəsində baş tutub.

Lokal xarakterli atəşkəsin oktyabrın 29-dan başlayacağı bildirilib.

Melaniya Trampın atəşkəsin bərqərar olması məqsədilə Rusiya və Ukraynanın siyasi rəhbərliyi ilə birbaşa çalışdığı xüsusi qeyd olunub.


Ağ Evin bəyanatında ABŞ-ın birinci xanımı Melaniya Trampın fikirlərinə də yer verilib.

“Oleşkidə vəziyyət olduqca ağırdır. Oleşki fəlakət astanasında olan, cəbhə xəttində yerləşən müharibə şəhəridir. Orada qalan əhalinin əsas hissəsini təcili tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyacı olan yaşlı insanlar təşkil edir.

Oleşki sakinləri elektrik enerjisi ilə məhdud şəkildə təmin olunur, minalanmış yolların əhatəsində yaşayır və müntəzəm hərbi hücumlara məruz qalırlar. Mənim müdaxiləm olmadan şəhərə humanitar yardımın çatdırılmasının və yaşlı insanların təxliyəsinin mümkün olmayacağı tam aydın idi”, - Melaniya Tramp qeyd edib.

Qeyd edək ki, Rusiyanın nəzarətində olan Oleşki şəhəri Ukraynanın cənubunda, Xerson vilayətində yerləşir. Müharibədən əvvəl burada 24 min nəfərlik əhali yaşayıb, indi onların sayı təxminən 1700-2000 ətrafındadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi