hia.az

"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib

2 dəfə baxılıb Bu gün, 10:10

"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib

Nazirlər Kabineti "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Strategiyada qeyd olunan "xalis 0 emissiya" hədəfinə nail olunması məqsədilə İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməli, Maliyyə Nazirliyi dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etməlidir.

Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək "xalis 0 emissiya" hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli, aidiyyəti qurumlarla birlikdə Strategiyanın məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, onun təbliğini, habelə elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatının keçirilməsini təmin etməli, Strategiyanın icrasına dair monitorinqi həyata keçirsin və onun nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim etməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi