hia.az

Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb

2 dəfə baxılıb Bu gün, 09:33

Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb

Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Nazirlik hesabatlılıq sahəsində silsilə addımlar atıb: "Bu sahədə əsas yanaşma müxtəlif xidmətlərin ayrı-ayrılıqda elektronlaşdırılması deyil, məhz vahid elektron portal və ekosistem üzərindən müxtəlif dövlət xidmətlərinin, o cümlədən dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə artıq Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi yaradılıb. Cari il ərzində sistemin bir çox komponent və altkomponentlərinin icrasına başlanılıb. Bir sıra istiqamətlərdə isə çox bariz nəticələrimiz mövcuddur".

Nazir vurğulayıb ki, Vahid Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi məlumatlara əsaslanan qərarların qəbul edilməsinə, proqnozlaşdırmaya və təhlillərin aparılmasına imkan verir: "Müxtəlif alt sistemlərin və dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılması, həmçinin məlumatların bir-biri ilə əlaqələndirilməsi dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi