hia.az

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

3 dəfə baxılıb Bu gün, 13:46

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Report"un Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə əsasən, telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi