hia.az

Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır

5 dəfə baxılıb Bu gün, 10:17

Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır

Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır.

Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib.

S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb.

O, həmçinin Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə artan əhəmiyyətini vurğulayıb:

"Hazırda Mərkəzi Asiya və Azərbaycanın inkişafın ən mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolu durmadan artır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi