hia.az

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

15 dəfə baxılıb 9-04-2026, 09:38

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub.

Onlar barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Gülerdir.

Adları çəkilən 14 şübhəlidən 11-i saxlanılıb, 2 şübhəlinin qaçaq olduğu və tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.

Bir nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Xatırladaq ki, Türkiyədə iki gün əvvəl də eyni istintaq çərçivəsində 8 tanınmış şəxs barəsində saxlanılma qərarı verilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi