hia.az

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

19 dəfə baxılıb 8-04-2026, 12:28

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrini qeyd edib.

Zelenski "X" hesabında müvafiq paylaşımında ABŞ ilə İran arasında atəşkəs razılaşmasını alqışlayıb.

"Bu regiondakı vəziyyət qlobal nəticələrə malikdir - Yaxın Şərqdə və Fars körfəzində təhlükəsizlik və sabitliyə yönəlmiş istənilən təhdidlər iqtisadi problemləri dərinləşdirir və hər bir ölkədə yaşayış xərclərini artırır", - o yazıb.

Bundan başqa, Ukrayna lideri tərəflər arasında atəşkəsi düzgün qərar adlandıraraq bunun müharibənin tam başa çatmasına gətirib çıxaracağını bildirib.

"Biz Yaxın Şərqdə və Fars körfəzi regionunda atəşkəsi dəstəkləyirik. Bu, diplomatik səylərə yol açır", - prezident qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi