hia.az

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

20 dəfə baxılıb 25-03-2026, 15:32

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Göyçay rayonunun Çayarxı kəndi ərazisində qamışlıq və yabanı kolluq ərazidə yanğın olub.

Hadisə günorta saatlarında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov lokallaşdırılıb, yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.(Report.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi