hia.az

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

17 dəfə baxılıb 5-03-2026, 17:17

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

Türkiyə Xarici İşlər Nazirliyi İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı bəyanat yayıb.

Nazirliyin bəyanatında Naxçıvana həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) ilə hücum qətiyyətlə pislənilib.

"Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq. Türkiyə bundan sonra da, həmişəki kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - bəyanat mətnində qeyd olunub.

Qeyd edək ki, 5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Hava Limanının binasına zərər dəyib, dörd mülki şəxs xəsarət alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi