hia.az

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına zərbələr endirib

34 dəfə baxılıb 4-03-2026, 14:40

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına zərbələr endirib

İsrail Müdafiə Ordusu son sutka ərzində Beyrutda "Hizbullah"ın komanda məntəqələrini və kəşfiyyat qərargahını vurub.

Bu barədə İsrail ordusu məlumat yayıb.

"Son sutka ərzində İsrail ordusu Beyrutda "Hizbullah"ın infrastrukturuna silsilə zərbələr endirib. Hücumların hədəfi yeraltı silah anbarı və əlavə komanda məntəqələri olub. Həmçinin "Hizbullah"ın hücumlar, kəşfiyyat məlumatlarının toplanması və təbliğat üçün istifadə etdiyi obyekt vurulub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu addımlar İsraili və onun vətəndaşlarını "Hizbullah" tərəfindən gələn təhdidlərdən qorumağa yönəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi