hia.az

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb

19 dəfə baxılıb 2-03-2026, 12:37

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi