hia.az

Şahin Bağırov Saatlıda vətəndaşları qəbul edəcək

24 dəfə baxılıb 2-03-2026, 11:33

Şahin Bağırov Saatlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

Şahin Bağırov martın 5-də saat 10:00-da Saatlı rayon Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları ilə görüşəcək.

Qəbul zamanı bu rayonların sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi