hia.az

ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək

26 dəfə baxılıb 5-02-2026, 09:59

ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistana və Azərbaycana səfər edəcək.

Bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Vens Qış Olimpiya Oyunlarının açılışında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı Uşa Vens, ABŞ-ın Dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Ferti̇ta da daxil olacaq.

Məlumata görə, Prezident Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib.

Qış Olimpiya Oyunlarının açılışı 6 fevralda İtaliyanın Milan şəhərində keçiriləcək.

Xatırladaq ki, yanvarın sonunda Tramp Devid Vensin Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi