hia.az
hia.az

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

10 dəfə baxılıb 5-02-2026, 09:04

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb


Səyyar ASAN xidmət Ağdaş rayonunda vətəndaşlara xidmət göstərir.

Ağdaşda işə başlayan Səyyar ASAN xidmətin fəaliyyəti fevralın 25-dək davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədlinin sözlərinə görə, indiyə qədər Ağdaşda ümumilikdə 22 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və bu çərçivədə 62 mindən çox vətəndaş müraciəti daxil olub.

Bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə və Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilir.

Qeyd olunub ki, 2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox, 2025-ci il ərzində isə 173 min 200-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi