hia.az

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı

25 dəfə baxılıb 4-02-2026, 15:03

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

Bununla bağlı icra başçısı Alı Alıyev Əmr imzalayıb.

Artıq G.Eyvazovanın adı icra hakimiyyətinin strukturu bölməsindən də çıxarılıb.

Qeyd edək ki, bu barədə ilk olaraq İqtisadiyyat.az məlumat yayıb.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Ərizənin yazılmasına səbəb həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “Tiktok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub. Daha sonra o, etdiyi hərəkətə görə üzr istəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi