hia.az

Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

30 dəfə baxılıb 4-02-2026, 11:14

Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

"Report"un Əbu-Dabiyə ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, bu razılıq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunub.

Məlumatda qeyd olunub ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.

Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi