hia.az

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

38 dəfə baxılıb 2-02-2026, 17:05

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Təhsil eksperti Bəxtiyar Nəcəfov dini dünyagörüşlər arasında fərqin məktəbdə ciddi ziddiyət yarada biləcəyini hesab edir.

O, bu barədə "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı danışıb.

B.Nəcəfov təhsil sistemində dinin əleyhinə olduğunu da bildirib:

"Düşünürəm ki, bu, uşaqlara qarşı təzyiqdir. Uşaqlara azad yaşamaq və düşüncə tərzi verilmir. Bəlkə uşaq böyüyəndə öz dünyagörüşünü fərqli formalaşdıracaq. Dində uşağa azad seçim verilməlidir. Təhsil almalı, dünya və dini görüşünü özü formalaşdırmalıdır. Təbii ki, müəyyən yaşa çatdıqdan sonra öz seçimini etməlidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi