hia.az
hia.az

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

10 dəfə baxılıb 28-01-2026, 09:50

Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək

Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Bunu “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:

“Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi