hia.az

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

20 dəfə baxılıb 27-01-2026, 16:46

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

Azərbaycan Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında (ADPA) müşahidəçi statusu verilib.

Bu barədə spiker Sahibə Qafarova və ADPA-nın sədri Cülio Çentemeronun görüşündə bildirilib.

Sahibə Qafarova ötən gün ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. O, qeyd edib ki, Azərbaycan Aralıq Dənizi regionunda olmasa da, mühüm regionda yerləşən bir ölkədir. Bu da parlament dialoqu üçün yaxşı imkanlar yaradır.

Görüşdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) ilə ADPA arasında əməkdaşlıq məsələlərinə də toxunulub. Spiker Sahibə Qafarova Milli Məclisin beynəlxalq əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçi statuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər iki təşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi