hia.az

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb - YENİLƏNİB

25 dəfə baxılıb 27-01-2026, 11:44

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2026-cı il tarixində Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

12:15

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çində səfərdə olacaq.

"Report" bu barədə Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van Yinin dəvəti ilə başa tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi