hia.az
hia.az

Müharibə dayandırılsa, Zelenski bu sənədi imzalaya biləcək

2 dəfə baxılıb Bu gün, 11:34

Müharibə dayandırılsa, Zelenski bu sənədi imzalaya biləcək

Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib, lakin sənəd hələ imzalanmayıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (Davos) ABŞ Prezidenti Donald Trampla bir saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün Amerika heyəti və ABŞ Prezidenti ilə apardığımız söhbətdə dedik ki, təhlükəsizlik zəmanətləri sənədi hazırdır, sənəd tamamlanıb, indi yalnız imzalanmalıdır. Lakin sənəd yalnız müharibə dayandırıldıqdan sonra qüvvəyə minəcək",- deyə Zelenski bildirib.

Sənədin statusu barədə yenidən sual verildikdə o əlavə edib: “Sənədlə işimizi başa çatdırmışıq. Sənəd prezidentlər tərəfindən imzalanmalıdır və sonra parlamentlərə göndəriləcək.”

Zelenski həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri üzrə razılıq tamamlanıb, lakin ərazi məsələləri hələ həllini tapmayıb və Rusiya tərəfini kompromisə çağırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi