hia.az

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

17 dəfə baxılıb 22-01-2026, 14:34

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Sabah Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi dayandırılacaq .

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhəri T.İsmayılov küçəsində quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə yeri dəyişdiriləcək.

Bu məqsədilə aparılacaq işlərlə əlaqədar şəhərin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatının yanvarın 23-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi