hia.az

Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub

21 dəfə baxılıb 22-01-2026, 11:12

Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub

Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub.

Bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos “X”-də yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşımında bildirib.

O, Azərbaycan Prezidenti ilə görüşündə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının icrasına dəstəyini müzakirə etdiklərini qeyd edib.

“Biz Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə işlərin intensivləşdirilməsi ilə bağlı razılaşdıq”, - Marta Kos vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi